Ukrayna Futbol Assosiasiyası Rusiyadan təzminat tələb edəcək

Ukrayna Futbol Assosiasiyası Rusiyadan təzminat tələb edəcək<span class="qirmizi"></span>

Ukrayna Futbol Assosiasiyası (UAF) Rusiyanın hərbi müdaxiləsi nəticəsində dağıdılmış idman infrastrukturuna görə təzminat tələb edəcək.

"Report"un məlumatına görə, bu barədə UAF prezidenti Andrey Pavelko qurumun rəsmi saytına açıqlama verib.

Funksioner bildirib ki, ölkənin futbol həyatına dəymiş ziyanla bağlı Rusiyaya qarşı hüquqi iddia hazırlanır: "Əminəm ki, beynəlxalq hüquq və audit tərəfdaşlarımızla razılaşma əldə edəcəyik. Təklif olunan hüquqi platforma müharibənin bizə vurduğu zərərin əvəzini beynəlxalq məhkəmələrdə müdafiə etməyə imkan verəcək".

Mənbə: report.az