Putin Ukraynada savaşanlara vəd verdi

Rusiya Prezidenti Vladimir Putin Ukraynada xüsusi əməliyyatda iştirak edən hərbçilərə dövlət mükafatlarının veriləcəyini vəd edib.

Axar.az xəbər verir ki, Müdafiə Nazirliyinin hospitalında yaralı əsgərlərə baş çəkdiyini söyləyən Putin onlara və ailələrinə dəstək verməyi tapşırıb.

“Mən indicə müalicəsi davam edən hərbçilərimizlə görüşmüşəm. Söhbət etdiklərimin əksəriyyənin heç bir dövlət mükafatı yoxdur. Əlbəttə, alacaqlar”, - Putin vurğulayıb.

Putin həmçinin bildirib ki, hansı dövlət mükafatlarına sahib olmasından asılı olmayaraq, bunlar Rusiya naminə Donbas “xalqı” və uşaqları üçün sağlamlıqlarını və həyatlarını riskə atan insanlardır:

“Onların hamısı qəhrəmandır. Tam olaraq. Hər kəs öz həyatını ölümcül təhlükəyə qoyur. Bunun üçün şüurlu şəkildə gedir. Və onlara tam olaraq qəhrəman kimi yanaşmaq lazımdır”.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Saxta qəhrəmanların qanunsuz əməlləri – Qazi adını ləkələyənlər kimlərdir?

SONRAKI XƏBƏR

Rus ordusu Zaporojyeyə hücuma hazırlaşır