Rus ordusu Zaporojyeyə hücuma hazırlaşır

Rusiya ordusu Novopavlovsk və Zaporojye istiqamətlərində fəal şəkildə hücuma hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat verib.

“Düşmənin əsas səyləri Birləşmiş Qüvvələr qruplaşmasının darmadağın edilməsinə və Donetsk və Luqansk vilayətlərinin əraziləri üzərində tam nəzarəti bərqərar etmək cəhdlərinə yönəlib. Burada düşmən hücumun keçirilməsi üçün əlverişli şərait yaratmaq məqsədilə Birləşmiş Qüvvələr qruplaşmasını təşkil edən bölmələrin müqavimətini dəf etməyə çalışır. Düşmənin əsas səyləri Baxmut istiqamətində cəmləşib. O, uğurları Liman istiqamətində inkişaf etdirməyə çalışır”, - məlumatda bildirilib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Putin Ukraynada savaşanlara vəd verdi

SONRAKI XƏBƏR

Türkiyə İsveç və Finlandiyadan 40 terrorçunun təhvil verilməsini tələb etdi