Ərdoğan: “Hücumlara yeni əməliyyatlarla cavab verməyə davam edəcəyik”

“Əsgərlərimizin bir damla qanını yerdə qoymadıq və qoymayacağıq. Bu xain hücumlara yeni əməliyyatlarla cavab verməyə davam edəcəyik”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, basketbol üzrə Avropa Liqasının çempionu “Anadolu Efes” klubunun menecerlərini, texniki komitəsini və idmançılarını qəbul edərkən bildirib.

Dövlət başçısı İraqın şimalında keçirilən “Pəncə-Qıfıl” əməliyyatında şəhid olan beş əsgərə Allahdan rəhmət diləyib.

Qeyd edək ki, dünən PKK terrorçuları ilə əməliyyat bölgəsində baş verən qarşıdurmada beş türk əsgəri şəhid olub, iki əsgər isə yaralanıb.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Tehranda QƏTL: Kəşfiyyat müharibəsində İranın daha bir məğlubiyyəti - VİDEO

SONRAKI XƏBƏR

Luqanskın 95 faizi işğal olundu