Erməni müxalifəti prezidenti hər yerdə izləyəcək

Erməni müxalifəti prezidenti hər yerdə izləyəcək<span class="qirmizi"></span>

Ermənistan müxalifəti sabah İrəvana rəsmi səfərə gələn Monteneqro prezidentini hər yerdə müşayiət edəcək.

Axar.az xəbər verir ki, bu barədə “Müqavimət” hərəkatının lideri İşxan Saqatelyan deyib.

“Hakimiyyətin qeyri-legimit, danışıqların isə anlamsız olduğunu nümayiş etdirmək gərəkdir”, - deyə o bildirib.

Saqatelyan tərəfdaşlarını sabah Fransa meydanında nümayəndə heyətini qarşılamağa səsləyib.

Mənbə: axar.az