Bayden onu Azərbaycana səfir təyin edir

Bayden onu Azərbaycana səfir təyin edir<span class="qirmizi"></span>

ABŞ Prezidenti Co Bayden ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə Mark Libbinin namizədliyini irəli sürüb.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Mark V. Libbi hazırda Vaşinqtondakı Milli Müharibə Kollecində Dövlət Departamenti fakültəsinin məsləhətçisidir.

Əvvəllər o, ABŞ-ın Brüsseldəki Avropa İttifaqı yanında missiya rəhbərinin müavini və müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. Bundan əlvə o, Varşava, Nassau, Nikosiya və Bağdad şəhərlərində siyasi məsləhətçi kimi fəaliyyət göstərib.

Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerin səlahiyyət müddəti cari ilin iyul ayında başa çatacaq.

Mənbə: axar.az