ABŞ dünyada çoxluğun dəstəyini itirib - Volodin

ABŞ dünyada çoxluğun dəstəyini itirib - Volodin<span class="qirmizi"></span>

ABŞ dünyada çoxluğun dəstəyini itirib, Vaşinqton və Brüsselin Rusiyanı təcrid etmək cəhdləri baş tutmayıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

"ABŞ dünyada əksəriyyətin dəstəyini itirib. BMT-də keçirilən son səsvermələr göstərir ki, Vaşinqtonu dəstəkləməyən ölkələr dünya əhalisinin əksəriyyətini təmsil edir", - Volodin bildirib.

O qeyd edib ki, BMT-də səs çoxluğu ilə qəbul edilən qərarlar çox vaxt reallıqda azlıq təşkil edir. Volodinin fikrincə, bu səbəbdən ABŞ Prezidenti Co Bayden köhnəlmiş birqütblü modeli qoruyub saxlamaq istəyən BMT-də islahatlar aparmağa çalışır.

Mənbə: axar.az