Conson Zelenski ilə AB kimi yeni birlik yaratmaq istəyir

Conson Zelenski ilə AB kimi yeni birlik yaratmaq istəyir<span class="qirmizi"></span>

Britaniyanın Baş naziri Boris Conson Ukrayna Prezidenti Vladimir Zelenskiyə Rusiyaya qarşı yeni beynəlxalq alyans yaratmağı təklif edib.

Axar.az xəbər verir ki, bu barədə “Corriere Della Sera” qəzeti məlumat yayıb.

Bildirilib ki, London Brüssel və Almaniyanın Moskvaya qarşı siyasətindən narazı olan ölkələri AB-yə alternativ olacaq yeni siyasi, iqtisadi və hərbi ittifaqda birləşdirməyi təklif edib:

“Baş nazir bu təşəbbüsü ilk dəfə Vladimir Zelenski ilə aprelin 9-da Kiyevdə görüşərkən irəli sürüb. Boris Consonun modeli Böyük Britaniyanın rəhbərlik etdiyi yeni Avropa Birliyinin yaradılmasını nəzərdə tutur. Bura Ukrayna, Polşa, Estoniya, Latviya və Litva ilə yanaşı, sonradan Türkiyə də daxil ola bilər”.

Qəzet iddia edir ki, Kiyev Britaniya liderinin təklifi ilə bağlı hələ də mövqe bildirməyib:

“Zelenski yəqin ki, Ukraynanın təşkilata üzvlüyə namizəd kimi tanınması ilə bağlı qərar verəcək AB ölkələrinin sammitini gözləyir. Avropa liderlərinin hökmü Kiyevin gələcək addımlarına təsir edə bilər”.

Mənbə: axar.az