BMT Baş katibi Əfqanıstandakı hücumları pisləyib

BMT Baş katibi Əfqanıstandakı hücumları pisləyib<span class="qirmizi"></span>

BMT Baş katibi Antoniu Quterreş Əfqanıstandakı hücumları pisləyib.

“Report” xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

“Mən Əfqanıstanda şiə icmasının üzvlərinin və ən azı 16 uşağın həlak olduğu son hücumu qınayıram. Mülki şəxslərə qarşı hücumlar beynəlxalq humanitar hüquq müstəvisində qəti qadağandır. Mülki insanlar hədəf deyil", - o bildirib.

Mənbə: report.az