Ermənistan müxalifəti həlledici hücuma hazırlaşır – 3 iyunda nə olacaq?

Ermənistan müxalifəti həlledici hücuma hazırlaşır – <span class="qirmizi"> 3 iyunda nə olacaq?</span>

Parlamentin vitse-spikeri, Daşnaksutyun nümayəndəsi İşxan Saqatelyan dünən Fransa meydanında keçirilən mitinqdə bildirib ki, parlamentin iki müxalifət fraksiyasının tələbi ilə növbədənkənar sessiya qanun çərçivəsində artıq təyin edilib.

Herbiand.az xəbər verir ki, Ermənistan parlamentinin iyunun 3-də çağırılan növbədənkənar iclasının gündəliyinə bir məsələ daxil edilib - Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesləri ilə bağlı bəyanat.

Xatırladaq ki, “Ermənistan” və “Şərəfim var” fraksiyaları ötən gün 7 bənddən ibarət bəyanat yayaraq, münasibətlərin qurulmasının yalnız qeyd olunan məqamlar çərçivəsinə həllinin mümkünlüyünü bildirib. İşxan Saqatelyan bununla bağlı bildirdi ki, hakim fraksiya bu bəyanatı imzalamağa cəsarət etmir.

“Ya iyunun 3-də onlar (hakimi fraksiya – red.) parlamentə gəlib deyəcəklər ki, Artsax Azərbaycanın tərkibində qalmalıdır, ya da gəlib bu bəyanatı imzalayacaqlar”.

 Paşinyanın Azərbaycan Prezidentindən qorxduğunu deyən İşxan Saqatelyan 3 iyunun mühüm gün olacağını bildirib: “Həmin gün onlar üçün sonunun başlanğıcı və siyasi məzar olacaq”.

Mənbə: herbiand.az