Paşinyan Rusiya səfirini təriflədi

Paşinyan Rusiya səfirini təriflədi<span class="qirmizi"></span>

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin ilə görüşüb. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.   Bildirilir ki, baş nazir son illər Ermənistan-Rusiya müttəfiqlik münasibətlərinin dinamik həddə olduğunu qeyd edib və əlavə edib ki, bu məsələdə Rusiya səfirliyi böyük rol oynayır.

Sergey Kopırkin isə səfirliyin fəaliyyətini qiymətləndirdiyinə görə baş nazirə təşəkkür edib və qeyd edib ki, onların məqsədi ikitərəfli müttəfiqlik və qardaşlıq münasibətlərinin daha da inkişafına kömək etmək üçün hər şeyi etməkdir.

 

 

Mənbə: azvision.az