İrəvanda polislər arasında dava düşdü- VİDEO

İrəvanda polislər arasında dava düşdü-  <span class="qirmizi">VİDEO</span>

Ermənistanda siyasi vəziyyət gərgin olaraq qalır. Müxalifətin bir aydır ki, başlatdığı vətəndaş itaətsizliyi aksiyaları polislər tərəfindən zorakılıqla dağıdılır. Ermənistanda polislə etirazçılar arasında toqquşma olub - VİDEO Yerli media isə bu gün məlum siyasi proseslər, cəmiyyətdə yaranmış xaosla bağlı hüquq-mühafizə orqanları əməkdaşları arasında fikir ayrılıqlarının yaranmasından yazıb. Qeyd edilir ki, heç də bütün polis əməkdaşları öz peşə vəzifələrini ürəklə yerinə yetirmirlər.

"Buna misal olaraq İrəvanda qeydə alınmış bir videonu göstərmək olar. “Vətəndaş Şüuru” QHT-sinin sədri Narek Samsonyanın təqdime tdiyi görüntülərdə iki qrup polis arasında toqquşma baş verdiyi görünür. Samsonyan məlum videoya şərh verərək qeyd edib ki, “Mafiya ilə(Paşinyanın tərəfini tutan polisləri nəzərdə tutur-red.) mayorlar arasında mübarizə davam edir. Siz isə hələ də “polis Nikol deyil” deyirsiniz".
 

Mənbə: azvision.az