Donetsk səması əsl cəhənnəmə çevrildi - VİDEO

Donetsk səması əsl cəhənnəmə çevrildi - VİDEO<span class="qirmizi"></span>

Sosial şəbəkələrdə Rusiya ordusunun işğal etdiyi Ukraynadan qorxunc görüntülər paylaşılıb. Kadrlar Donetsk vilayətindəndir. Videoda səmadan külli miqdarda “Qrad” raketlərinin “alov yağışı”nın yağdığı görünür.

“Onlar müdafiəçilərimizə və yerli sakinlərə yandırıcı mərmilərlə atəş açırlar”, - deyə videonun müəllifi bildirib.

O da vurğulanıb ki, “Qrad”ın yandırıcı mərmiləri maqnezium ərintisindən hazırlanır və xüsusi pirotexniki tərkiblə doldurulur.

Mənbə: www.oxu.az