NATO generalı: Ukrayna ordusu dözə bilsə…

Rusiya ordusu Donbasda daha da irəliləyəcək.

Axar.az xəbər verir ki, bunu NATO-nun ehtiyatda olan generalı Hans Lotar Domrese deyib.

Domrese bildirib ki, Rusiya silahlı qüvvələri say baxımından ukraynalılardan üstündür:

“Ukraynalılar ən yaxşı halda hücumu gecikdirə bilərlər, amma dayandıra bilməzlər. Onlar əsgərlərinin sağ qalması üçün geri çəkilməli olacaqlar. Bununla belə, payızdan başlayaraq ukraynalılar daha ciddi müqavimət göstərə biləcəklər”.

O qeyd edib ki, təxminən altı aydan sonra ölkədə daha çox Qərb silah sistemləri olacaq:

“Və Ukrayna əsgərləri onlardan istifadə üsullarını daha yaxşı öyrənəcək. Ona qədər Ukrayna ordusu hələ də ağır zərbələr almağa məcbur olacaq. Lakin Ukrayna dözə bilsə, zaman onun xeyrinə dəyişəcək”.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Hadise Bakıya gələcək

SONRAKI XƏBƏR

Gürcü nazir: Ölkə ərazisindəki bütün magistral yolların tikintisi 2030-cu ilə qədər sona çatacaq