"Sərhədlərin delimitasiyası üzrə növbəti görüşün tarixi bəlli deyil" - Mqer Qriqoryan

"Sərhədlərin delimitasiyası üzrə növbəti görüşün tarixi bəlli deyil" - Mqer Qriqoryan<span class="qirmizi"></span>

 

"Ermənistanla Azərbaycan arasında sərhədlərin delmitasiyası üzrə milli komissiyalarının mayın 24-də baş tutan birinci görüşü konstruktiv keçdi".

Bizim.Media xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan TASS-a müsahibəsində bildirib.

“Sərhədlərin delimitasiya və təhlükəsizliyi məsələləri üzrə komissiyanın növbəti görüşünün tarixi barədə hələ razılıq yoxdur. Ancaq görüşün Moskvada keçirilməsi təsdiqlənib”, - o qeyd edib.

M.Qriqoryanın sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi əlaqələrin və nəqliyyat-kommunikasiya xəttlərinin açılması üzrə Üçtərəfli İşçi Qrupun iclası gələn həftə Moskvada keçiriləcək.

Bizim.Media

Mənbə: bizim.media