Azərbaycanın ən yaşlı kişi və qadın seçiciləri məlum olub

Azərbaycanın ən yaşlı kişi və qadın seçiciləri məlum olub<span class="qirmizi"></span>

Azərbaycanın ən yaşlı kişi və qadın seçiciləri məlum olub.

"Report"un xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanın ən yaşlı seçicisi qadındır. “O, Gədəbəy rayon sakini, 1900-cu il təvəllüdlü Nuriyeva Şərabanı Əli qızıdır. Qadının 122 yaşı var.

Ən yaşlı kişi seçici isə 1915-ci il təvəllüdlü İbrahimov Hilal İsa oğludur. Hazırda onun 107 yaşı var”.

Mənbə: report.az