Dnepropetrovsk raketlə vuruldu: 10 ölü, 35 yaralı

Mayın 27-də Rusiya qoşunları Dnepropetrovsk vilayətini atəşə tutub, Dneprovski rayonundakı Milli Qvardiyanın kazarmalarına zərbələr endirib.

Milli.Az Ukrayna mətbuatına istinadən bildirir ki, bu haqda Dnepr ərazi müdafiəsinin rəhbəri Gennadi Korban DneprTV-nin efirində deyib.

Korbanın sözlərinə görə, "İsgəndər" raketi Milli Qvardiyanın Dnepr bölgəsindəki kazarmalarına atılıb.

İlkin məlumata görə, 10 nəfər ölüb, 35-ə yaxın insan yaralanıb.

Korban dəqiqləşdirir ki, Müdafiə Nazirliyinin əmri ilə ordu bir yerdə 20-dən çox adamı cəmləşdirə bilməz.

Raketlər Rostov vilayətindən buraxılıb. Üç raket atıldı, onlardan biri hədəfə dəydi.

Aslan Məmmədov
Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

De Xea ilə müqavilə yenilənir

SONRAKI XƏBƏR

İlk transgender "Barbie" hazırlandı - FOTO