“II Mariupol”a imkan verilmədi, fərqli taktika tətbiq edildi

“II Mariupol”a imkan verilmədi, fərqli taktika tətbiq edildi<span class="qirmizi"></span>

Donetsk vilayəti, Kramotorsk rayonunun Qırmızı Liman şəhərinə hücum Rusiya ordusunun son dərəcə sürətli uğuru oldu, baxmayaraq ki, orada azovçuların Mariupolda istifadə etdiyi iri yaşayış məntəqələrinin müdafiə taktikası tətbiq edilmişdi.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Yuri Podolyaka deyib.

“Qırmızı Liman 2 gün ərzində ələ keçirildi, hücumun dönüş nöqtəsi isə yüksəkliklər ətrafında gedən döyüşlər oldu. Burada Rusiya ordusu üçtərəfli mühasirə taktikasını istifadə etdi, rəqibə geri çəkilmək üçün bir yol verildi. Eyni zamada, Rusiya qoşunları şəhərə güclü təzyiq göstərməyə davam edirdi. Beləliklə, ukraynalı əsgərlər geri çəkilməyə məcbur oldu. Gələcəkdə bu taktikanı dəfələrlə görəcəyik”, - o bildirib.

Hərbi ekspertin sözlərinə görə, Donbas şəhərlərinin bərpası üçün ayrılacaq vəsaitlərin sxemi artıq hazırdır. Hər bir şəhər Rusiyanın regionlarından birinin maliyyə kurasiyası altına düşür. Ona görə də rus qoşununun əsas məqsədlərindən biri şəhərləri dağıtmamaqdır.

O, həmçinin qeyd edib ki, Kiyev artıq Kremlin niyyətlərini başa düşüb:

“Onlar başa düşdülər ki, Rusiya Donbasla kifayətlənməyəcək, bundan sonra daha çox ərazi ələ keçiriləcək”.

Mənbə: axar.az