"Ukraynanın təxirəsalınmaz ehtiyacları barədə suala bizim bir cavabımız var: silah, silah, yenə də silah!"

"Ukraynanın təxirəsalınmaz ehtiyacları barədə suala bizim bir cavabımız var: silah, silah, yenə də silah!"<span class="qirmizi"></span>

"Ukraynanın təxirəsalınmaz ehtiyacları barədə suala bizim bir cavabımız var: silah, silah, yenə də silah!"

"Ukraynaya silah tədarükünü təxirə salmaq olmaz, çünki söhbət dünyanı Rusiya faşizmindən xilas edən insanların həyatından gedir"

 

"YARS sistemləri Rusiya ilə müharibənin gedişini dəyişə bilər"

 

ABŞ Ukraynaya yaylım atəşli reaktiv sistemlər verilməsinə icazə verə bilər

 

Bayden administrasiyası Ukraynaya təklif edilən silahlar spektrinin genişləndirilməsinə hazırlıq görür. Bu baxımdan artıq neçə həftədir ki, Ukrayna məmurlarının xahiş etdiyi orta mənzilli müasir raket sistemlərinin göndərilməsi nəzərdən keçirilir.

 

Moderator.az xəbər verir ki, bunu rəsmi mənbələrə istinadən CNN nəşri məlumat verib və qeyd edib ki, yaxın günlərdə bu barədə elan edilə bilər.

 

Ukraynanın yüksək vəzifəli məmurları, o cümlədən Vladimir Zelenski ABŞ və müttəfiqlərindən yaylım atəşli reaktiv sistemlərinin (YARS) verilməsini xahiş edib.

 

Amerikanın bu sistemləri yüzlərlə km uzaqlara raket buraxa bilər ki, bu da, ukraynalıların fikrinə görə, Rusiya ilə müharibənin gedişini dəyişə bilər.

 

Ukrayna daha bir yüksək mobilli HIMARS artilleriya sistemini də xahiş edib, bu, təkərlər üzərində olan daha yüngül sistemdir, elə həmin döyüş sursatlarından istifadə olunur. Lakin Bayden administrasiyası bir neçə həftə ərzində tərəddüd edib. Milli təhlükəsizlik şurasında Ukraynanın bu sistemlərdən Rusiyanın ərazisində hücum əməliyyatları aparmaq üçün istifadə edəcəyindən ehtiyat edilib.

 

Hesab edilir ki, Ukrayna artıq çoxsaylı sərhədxarici zərbələr endirib, bunu Ukraynanın rəsmi şəxsləri nə təsdiq, nə də təkzib edib.

 

Rusiya hakimiyyəti açıq bəyan edib ki, onların ölkəsinə istənilən təhlükə ciddi eskalasiya hesab ediləcək və Qərb ölkələri ukraynalıları silahlandırmaqda davam etməklə özlərini qanuni hədəfə çevirəcək.

 

Vaşinqtonda Ukraynaya ağır silahların göndərilməsini Rusiya tərəfindən təxribat kimi dəyərləndirilməsi və bunun ABŞ- a qarşı cavab tədbirlərinə gətirib çıxara biləcəyi dəyərləndirilir.

Rəsmi şəxslərin sözlərinə görə, dolayısı ilə Ukraynaya yaxın mənzilli raket sistemlərinin göndərilməsi nəzərdən keçirilir. Ukraynalıların bu sistemlərlə davranmağın öyrənilməsi iki həftə çəkə bilər.

 

Digər mənbələrin sözlərinə görə, daha bir məsələ ABŞ- ın öz hərbi ehtiyatlarından bu qədər yüksək dərəcəli silahı verə biləcəyindədir.

 

Son həftələr Ukrayna tərəfi ABŞ- ın qətiyyətsiz olmasından məyusluq keçirir.

 

"Bizim düşmənə daha böyük məsafədə zərbə vurmağa imkan verən silaha çox ehtiyacımız var, - bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Valeri Zalujnı bəyan edib. - Bunu isə təxirə salmaq olmaz, çünki söhbət dünyanı Rusiya faşizmindən qoruyan insanların həyatından gedir".

 

Ukrayna xarici işlər naziri Dmitri Kuleba onun ölkəsinin təxirəsalınmaz ehtiyacları barədə suala "silah, silah, yenə də silah" cavabını verib.

 

"Mənim sevmədiyim ifadə "Biz bunun üzərində işləyirik" sözləridir, mən bu fikrə nifrət edirəm. Mən "Bizdə alındı" və ya "Bu, baş verməyəcək" sözlərini eşitmək istəyirəm", - o, əlavə edib.

Mənbə: moderator.az