Ukrayna Rusiyanın 16 milyonluq helikopterini vurdu - VİDEO

Ukrayna Rusiyanın 16 milyonluq helikopterini vurdu -  <span class="qirmizi">VİDEO</span>

Ukrayna Silahlı Qüvvələrinin 95-ci Əlahiddə desant-hücum briqadası Rusiyaya məxsus Ka-52 “Alliqator” helikopterini vurub.

Axar.az xəbər verir ki, Ukrayna SQ məlumat və helikopterin vurulma videosunu yayıb.

Bildirilib ki, helikopter "Perun" zenit-raket kompleksi ilə məhv edilib.

Təyyarənin dəyərinin 16 milyon dollar olduğu bildirilir.

 

Mənbə: axar.az