ABŞ Ukraynaya MLRS göndərəcəkmi?

ABŞ Ukraynaya MLRS tədarükü ilə bağlı hələ yekun qərar verməyib. Eyni zamanda, Vaşinqton və Kiyev silah göndərilməsi məsələsində daim ünsiyyətdədir.

Axar.az xəbər verir ki, bunu Pentaqon sözçüsü Con Kirbi deyib.

“Biz bilirik ki, ukraynalılar özəl və açıq şəkildə MLRS tələb edirlər. Mən hələ qəbul edilməmiş qərarları qabaqlamayacağam”, - Kirbi vurğulayıb.

Qeyd edək ki, Ukrayna hakimiyyəti uzun müddətdir ki, MLRS çoxsaylı buraxılış raket sistemləri göndərməyi xahiş edir. Bu sistemlə 300 kilometrə qədər məsafədə hədəfləri vurmağa imkan verəcəklər.

Daha öncə CNN MLRS-in tədarükü ilə bağlı qərarın elan oluna biləcəyi barədə məlumat yayıb.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Ukraynada ölən mülki şəxslərin SON SAYI

SONRAKI XƏBƏR

Votsapda avtomatik silinən mesajları yaddaşda saxlamaq mümkün olacaq