Tramp ABŞ-da məktəblərində müəllimlərə silah gəzdirməyə icazə verməyə çağırıb

Tramp ABŞ-da məktəblərində müəllimlərə silah gəzdirməyə icazə verməyə çağırıb<span class="qirmizi"></span>

ABŞ-ın keçmiş prezidenti Donald Tramp lazımi təlim almış amerikalı müəllimlərə məktəblərdə gizli şəkildə silah gəzdirməyə icazə verilməsini istəyib.

Trend xəbər verir ki, bu barədə o ABŞ Milli Atıcılar Assosiasiyasının Texasda keçirilən toplantısında bildirib.

Tramp fikrini onunla izah edib ki, məktəblər “ən zəif hədəflər” sərasında olmamalıdır. Məhz bu səbəbdən, onun fikrincə, müəllimlərə ehtiyatlı şəkildə silah gəzdirməyə icazə verilməlidir.

O, həmçinin bütün təhsil müəssisələrində metal detektorların quraşdırılmasını, sinif otaqlarında qapıların möhkəmləndirilməsini və məktəblərdə polis və ya silahlı mühafizəçinin növbətçiliyi ilə bağlı normanın tətbiqini təklif edib.

Mənbə: az.trend.az