Salyanda 30 yaşlı kişi qılıncla xəsarət yetirilib

Salyanda 30 yaşlı kişi qılıncla xəsarət yetirilib<span class="qirmizi"></span>

Salyan sakini başından yaralanıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Xalac kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Səmədov Əlqayıt Namiq oğlu baş nahiyəsinin kəsilmiş-yarılmış yarası ilə Salyan Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının dediyinə görə, o, qohumu tərəfindən qılıncla vurulub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az