Yanukoviç yenidən fəallaşdı: "Ukrayna dövlətçiliyinin tam məhv olması"ndan danışdı...

Yanukoviç yenidən fəallaşdı: "Ukrayna dövlətçiliyinin tam məhv olması"ndan danışdı...<span class="qirmizi"></span>

"Ukrayna faktiki olaraq Polşa ilə birləşməyə məcbur ola, sonra isə Ukrayna dövlətçiliyi tamamilə məhv olmaq təhlükəsi ilə üzləşə bilər".

 

Moderator.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu fikri Ukraynanın qaçaq eks-prezidenti Viktor Yanukoviç ifadə edib.

 

Ölkənin keçmiş lideri Ukraynanın Rusiya Federasiyası ilə danışıqlar masası arxasına oturmalı olacağını da vurğulayıb.

 

Yanukoviçin məktubunun mətnini onun vəkili Briy Kirasir sosial şəbəkələrdə yerləşdirib.

 

Yanukoviç yazır: “Bu gün bu barədə yazmaq mənim üçün nə qədər ağrılı olsa da, Ukrayna dövlətçiliyi həddən artıq təhlükədədir”.

 

Eks-prezident xəbərdarlıq edir ki, söhbət yalnız ölkənin cənubunda və şərqində nəhəng ərazilərin itirilməsi riskindən getmir...

 

Sultan Laçın

Mənbə: moderator.az