İsveç 2028-ci ilə qədər müdafiə xərclərini ümumi daxili məhsulunun ən azı 2 faizinə çatdırmaq niyyətindədir

 

Stokholm 28 may Rauf Əliyev AZƏRTAC

İsveç 2028-ci ilə qədər müdafiə xərclərini ümumi daxili məhsulunun ən azı 2 faizinə çatdırmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə İsveçin maliyyə naziri Mikael Damberq xarici jurnalistlərə müsahibəsində bildirib.

Hazırda Skandinaviya krallığı ÜDM-nin təxminən 1,3 faizini müdafiəyə sahəsinə xərcləyir. Bununla belə, İsveç NATO-ya üzv olmaq üçün müraciət edib, öz növbəsində təşkilat üzv dövlətlərinin ÜDM-in ən azı 2 faizini müdafiəyə ayırmasını tələb edir. Beləliklə, İsveç növbəti altı il ərzində müvafiq xərclərini bu səviyyəyə qaldıracaq.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2021-ci ildə krallıq müdafiəyə 7,9 milyard dollar xərcləyib və son on ildə xərclərin ÜDM-ə nisbətini 1 faizdən bir qədər çox səviyyədə saxlayıb. Damberg bildirir ki, müdafiə xərcləri "mümkün qədər tez artmalıdır".

İsveçin NATO-ya daxil olandan sonrakı müdafiə mövqeyi ilə bağlı Damberq deyib: “Biz İsveçdə daimi NATO bazalarının olmasına ehtiyac görmürük. İsveç torpağında nüvə silahlarını yerləşdirməyə də ehtiyacımız yoxdur”.

 

Rauf Əliyev

Stokholm

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Quba sakininin sosial yardım problemi - VİDEO

SONRAKI XƏBƏR

Bakı şadlıq saraylarında yer qiymətləri olduqca bahalaşdı, keyfiyyət kəskin düşdü