Rus ordusu bu istiqamətlərdə geri çəkildi

Rus qoşunu Donetsk və Zaparojye istiqamətlərində itki verərək, geri çəkilib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

“Ukrayna Müdafiə Qüvvələrinin hərəkətləri nəticəsində ruslar Novopol və Novodarovka yaşayış məntəqələri istiqamətində xeyli itki verərək geri çəkilməyə məcbur olub”, - məlumatda bildirilib.

Həmçinin qeyd olunub ki, rus ordusu Novopavlovsk və Zaporojye istiqamətlərində Vremovka, Poltavka, Krasnoye, Qulyaypol, Orexov, Kamenskoye və digər yaşayış məntəqələrində yerləşən mülki infrastruktur obyektlərini atəşə tutub.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

“Azərbaycana çiçəklənmə arzu edirik" – İRAN XİN

SONRAKI XƏBƏR

Ağasəlim Mircavadov: "İmarət"i görəndə gözlərim doldu, ağladım"