Gürcüstan XİN: "Azərbaycanla strateji tərəfdaşlığı möhkəmləndirəcəyik"

"Biz Azərbaycanla güclü strateji tərəfdaşlığı yüksək qiymətləndiririk və regionumuzda sabitlik və firavanlığa nail olmaq üçün onu möhkəmləndirəcəyik".

"Report"un yerli bürosu xəbər verir ki, bu, Gürcüstan Xarici İşlər Nazirliyinin təbrikində yer alıb.

"Gürcüstanın əsl dost, yaxın qonşu və tərəfdaşı olan Azərbaycanı xüsusi bayram - Müstəqillik Günü münasibətilə təbrik edirik", - təbrikdə deyilir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Narkotik təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

SONRAKI XƏBƏR

Rusiya şirkəti: "Dünyada 18 həftəlik taxıl ehtiyatı qalıb"