Erməni mediası iş adamının Akopyana bahalı saat hədiyyə etməsindən yazdı

Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsi növbəti dəfə yerli medianın gündəminə çevrilib. AzVision.az xəbər verir ki, ölkənin tanınmış nəşrləri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın təm-təraqlı həyat sürməsindən yazıb.  “Joğovurd” qəzetində gedən məqalədə qeyd edilir ki, bu günlərdə İsveçrədə olan baş nazirin həyat yoldaşına bahalı saat hədiyyə edilib.

"Mənbələrimiz bildirir ki, hədiyyə xanım Akopyana yerli erməni icması və Ermənistanın İsveçrədəki səfiri Andranik Hovannisyanla görüşü zamanı təqdim edilib. Məlum informasiyanın dəqiqliyini yoxlamaq üçün Anna Akopyanın ofisindən məlumat almağa çalışdıq. Onun köməkçisi zəngimizi geri çevirərək mesaj şəklində yazmağı xahiş etdi. Mesajla hazırladığımız sualı ona ünvanladıq. Amma yenə də əldə etdiyimiz məlumatın doğru ya yanlış olmasına cavab ala bilmədik. Qeyd edək ki, baş nazirin xanımı Sürixdə tanınmış iş adamı Vardan Srmakeşlə görüşüb”, - məqalədə yazılıb.

Tural Tağıyev

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Məşhur aktrisa soyuldu - Sevgilisi ilə qaldığı evdən...

SONRAKI XƏBƏR

Türkiyədən əməliyyat siqnalı: ABŞ təşvişdə…