"Rusiya ordusu bundan sonra hücum sürətini artıra bilməyəcək..."-ABŞ analitikləri

Rusiya qoşunları şəhərdəki əməliyyatlarda özlərini zəif göstərdilər, ona görə də çətin ki, Severodonetsk üzərinə sürətlə keçə bilsinlər.

 

Moderator.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutu ("ISW") məlumat yayıb.

 

Təhlilçilər qeyd edirlər ki, işğalçılar çox güman ki, tədricən hücumu davam etdirəcək və yaxın günlərdə Severodonetski mühasirəyə ala bilərlər.

 

Ukrayna Silahlı Qüvvələri(USQ) rusların irəliləməsini ləngidib.

 

Rusiyanın İzyum ətrafındakı əməliyyatları dalana dirənir və rus qoşunlarının hücum sürətini artıra bilməyəcəyi ehtimal edilir.

 

Rusiya qüvvələrinin İzyumdakı qüvvələrini dəstəkləmək üçün Limandan həm cənub-qərb istiqamətində, həm də cənub-şərqdən Seversk istiqamətində irəlilədiyi bildirilir. Yəqin ki, qarşıdakı günlərdə onların məqsədlərinə çatması çətin olacaq.

 

Sultan Laçın

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Əfv edilənlər arasında dünya çempionu da var

SONRAKI XƏBƏR

Prezident Ofisi: "Ukrayna Xersonda əks-hücuma başlayıb"