Şəmsi Səmədzadənin qardaşı: “Sevincdən Prezident İlham Əliyev haqqında fikirlərimizi sözlə ifadə edə bilmirik”

“Sevincimizin həddi-hüdudu yoxdur. 22 il bundan öncə sönmüş bir ocağı yenidən alovlandıran cənab Prezident İlham Əliyev haqqında fikirlərimizi sözlə ifadə edə bilmirik. Qardaşım Şəmsi Səmədzadə bu gün azadlığa buraxılacaq. İnsan hər zaman ümid edir. Ümid etmək gözəl şeydir. 22 ildir biz də ümid edirdik, gözləyirdik”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Niyazi Səmədzadə qardaşı, 2000-ci ildə ömürlük azadlıqdan məhrum olunmuş və mayın 27-də Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən Şəmsi Səmədzadə barədə danışarkən deyib.

 

“Allah cənab Prezidentimizin canını sağ eləsin. Bu işdə kimlərin əziyyəti varsa, hamısına minnətdarıq. Qobustan həbsxanasının qarşısındayıq. Allahın izni ilə işlər yekunlaşsın, təxminən, 1 saat sonra qardaşıma qovuşacağıq”, - N.Səmədzadə qeyd edib.

 

Qeyd: 1966-cı ildə anadan olmuş, Azərbaycan vətəndaşı Ş.Səmədzadə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2000-ci il 29 dekabr tarixli hökmü ilə məhkum edilmişdi.

 

Aytəkin Qardaşova

Pravda.az

ƏVVƏLKİ XƏBƏR

İsrail səfirliyi Azərbaycanın Müstəqillik Günü münasibətilə video hazırlayıb

SONRAKI XƏBƏR

Əfv edilənlər arasında dünya çempionu da var