Putin Ukrayna ilə sərhəddəki təxribatlardan danışdı - VİDEO

Rusiya sərhəd xidməti Ukrayna ilə sərhəd ərazilərdə təxribat və diversiyaların qarşısını alır, həmçinin yaraqlıların və neonasist qruplarının müəyyən edilməsi istiqamətində ardıcıl iş aparır. AzVision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin sərhədçiləri peşə bayramı münasibətilə təbrik edərkən deyib.

O təbrikində Rusiya Federal Təhlükəsizlik Xidmətinin şəxsi və mülki heyətini, sərhəd xidmətinin veteranlarının əməyini vurğulayaraq qeyd edib ki, onların peşə bayramı əsl qəhrəmanlıq ənənələrinin davamlılığının və birliyinin ən parlaq simvollarından biridir.

Putin Böyük Vətən Müharibəsindəki qələbədə bu peşənin nümayəndələrinin töhfələrini də xatırladıb.



Tural Tağıyev

 

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Prezident Ofisi: "Ukrayna Xersonda əks-hücuma başlayıb"

SONRAKI XƏBƏR

14 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı icra olundu