Rusiya Müdafiə Nazirliyi desantçıların döyüş kadrlarını yaydı - VİDEO

Rusiya Müdafiə Nazirliyi Hərbi Hava Desant Qüvvələrinin bölmələrinin Ukrayna qoşunları ilə aktiv döyüşə girməsini əks etdirən video yayıb. AzVision.az xəbər verir ki, nümayiş etdirilən əməliyyat kadrlarında desantçıların ukraynalı hərbçilərin geri oturulmasına cəhd edilir.

Videoda hərbçilər tutduqları Ukrayna səngərindən meşə istiqamətinə atıcı silahlardan atəş açılması əks olunub. O cümlədən snayper və pulemyotlar, qumbaraatanlardan aktiv şəkildə istifadə edilir.

"Rusiya desant qüvvələrinin atışları nəticəsində Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun qarşısı alınıb. Döyüş zamanı desantçılar Ukrayna Silahlı Qüvvələrinin 2 zirehli maşınını sıradan çıxarıb və 20-yə yaxın hərbçisini öldürübməhv ediblər", - Müdafiə Nazirliyinin məlumatında deyilir.


Tural Tağıyev

 

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Gürcüstan XİN: "Azərbaycanla strateji tərəfdaşlığı möhkəmləndirəcəyik"

SONRAKI XƏBƏR

Saleh Rüstəmovun həyat yoldaşı: "Alnıaçıq, ərizə yazmadan azadlığa çıxıb, qürur duyuram"