Gürcüstan spikeri: "ADR-in müstəqilliyinin elan edilməsi Azərbaycanın tərəqqisinə yeni təkan verdi"

"1918-ci ilin mayın 28-də Azərbaycan Demokratik Respublikasının müstəqilliyinin elan edilməsi Azərbaycanın tərəqqisinə və çiçəklənməsinə yeni təkan verdi".

"Report"un yerli bürosu xəbər verir ki, bu, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin azərbaycanlı həmkarı Sahibə Qafarovaya tviter hesabında ünvanladığı təbrikində yer alıb.

"Müstəqillik Gününüz mübarək! Qoy qardaş xalqlarımızın daha yaxşı gələcəyi naminə növbəti onilliklərdə əlaqələrimiz inkişaf etsin!", - təbrikdə deyilir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Gürcüstan XİN: "Azərbaycanla strateji tərəfdaşlığı möhkəmləndirəcəyik"

SONRAKI XƏBƏR

Saleh Rüstəmovun həyat yoldaşı: "Alnıaçıq, ərizə yazmadan azadlığa çıxıb, qürur duyuram"