Birinci vitse-prezident Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım edib<span class="qirmizi"></span>

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım edib.

Trend xəbər verir ki, paylaşımda deyilir:

"Bütün Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!"

Mənbə: az.trend.az