Rusiya Finlandiya və İsveç yaxınlığında raket atışları həyata keçirib - VİDEO

 

Rusiya ordusunun “Sovet İttifaqı Donanmasının Admiralı Qorşkov” freqatı Barens dənizində raket sınağı atışını həyata keçirib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. "Bu gün freqat Barens dənizindən Ağ dənizdəki hədəfə "Çirkon" hipersəs qanadlı raketi atıb", - nazirliyin bəyanatında deyilir.

Bildirilir ki, raket atışları yeni silah növlərinin sınaqları çərçivəsində həyata keçirilib.

Moskva "Çirkon"un təxminən 1000 km məsafədəki dəniz hədəfini uğurla vurduğunu iddia edib.

Xarici KİV isə diqqəti məlum əzələ nümayişinin Finlandiya və İsveçin ərəfəsində NATO-ya üzv olmaq üçün ərizə verdiyi bir zamanda baş verməsinə çəkib. Çünki sınaq təlimi hər iki ölkənin "ağzının içində" baş tutub. Bu dövlətlər uzun müddət neytral statusda idilər. Lakin Rusiyanın Ukraynaya hücumundan sonra birdən-birə xarici siyasətlərini dəyişiblər.

"Moskva isə bu arzuolunmaz siyasi gedişin qarşısını almağa çalışır. Çünki Finlandiya alyansa daxil olduqdan sonra NATO qoşunları Rusiya Federasiyasının tam sərhədlərində yerləşdiriləcək. Rusiyanın yüksək hökumət rəsmiləri dəfələrlə bu iki ölkəni hərbi eskalasiya ilə hədələyib", - məqalədə yazılıb.

Tural Tağıyev

 

 

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Şəbnəm yardım əli uzatdığı Xalq artistlərini BİABIR ETDİ : Mundar, nankor və xaindirlər” – VİDEO

SONRAKI XƏBƏR

Rusiya 50 illik tankları Ukraynaya göndərir - Video