Maksim Şevçenko: Mənim nəzərimdə Azərbaycan...

Moskva, 28 may, AZƏRTAC

Mənim nəzərimdə Azərbaycan mədəniyyətin, beynəlxalq hüququn və ədalətin dayağı olub, bu gün də belədir, sabah da belə olacaq.

AZƏRTAC xəbər verir ki, rusiyalı politoloq, jurnalist, televiziya aparıcısı və ictimai xadim Maksim Şevçenko bu fikri jurnalistlərlə söhbətində səsləndirib. O, Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

M.Şevçenko Azərbaycan və Ermənistan arasında sülhün perspektivləri məsələsinə də toxunub. O, əmin olduğunu bildirib ki, Ermənistan cəmiyyətində insanların böyük əksəriyyəti müharibə istəmir, Türkiyə və Azərbaycanla Ermənistan arasında sülhün bərpa olunmasını arzu edirlər. Politoloq deyib: "Biz görürük ki, Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamaq istəyi Rusiya, ABŞ və Fransadakı erməni diasporlarının mövqeyini deyil, məhz erməni xalqının iradəsini ifadə edir. Ermənistan xalqı müharibə istəmir. Mən bilirəm ki, Ermənistanda yaşayan ermənilərin çoxu sülh istəyir, onlar erməni mənşəli Moskva, Fransa və Qarabağ oliqarxlarının maraqları yolunda ölməyi əsla istəmirlər”.

Maksim Şevçenkonun fikrincə, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası — Cənubi Qafqazda sülhün bərqərar olması üçün zəruri şərtdir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan və Polşa arasında birbaşa aviareysin açılması iki ölkə xalqlarının yaxınlaşmasına töhfə verəcək - Agentlik

SONRAKI XƏBƏR

Fotoşop etdiyini deyənlərə əsəbiləşdi