Xocavənddə terrorçu Montenin abidəsi önündə Azərbaycan əleyhinə mitinq keçirildi…- VİDEO

Xocavənddə terrorçu Montenin abidəsi önündə Azərbaycan əleyhinə mitinq keçirildi…-  <span class="qirmizi">VİDEO</span>

“Ümid edirik ki, Azərbaycan dövlətinin bütün bu ürəkbulandıran həngamələrə son qoyacaq anti-terror əməliyyatı yaxındadır…”

 

Mayın 28-də Azərbaycan Respublikasının Xocavənd rayonunun müvəqqəti olaraq Rusiyanın nəzarətində qalmış mərkəzində sülənən separatçı-terrorçu xislətli ermənilər Ermənistanın “respublika günü”nü qeyd edilib və Paşinyan hakimiyyətinə, eyni zamanda Azərbaycana qarşı yönəlmiş müqavimət aksiyası keçiriblər.

 

Moderator.az xəbər verir ki, bu haqda News.am saytı məlumat yayıb.

 

Üzdəniraq aksiya dünya “şöhrətli” terrorçu Monte Melkonyanın abidəsi önündə keçirilib.

 

“Etirazçıların əlində “Oyan, Lao Artsax naminə” yazıları olan plakatlar olub. Onlar həmçinin “Birlik, mübarizə, qələbə” şüarları səsləndirən yürüş keçirib.

 

“Heç kim bizi dayandıra bilməz, çünki mübarizəmiz ədalətlidir. Qələbə qazanmaq üçün hamımız birlikdə mübarizə aparacağıq. Yaşasın Artsax, yaşasın Ermənistan, yaşasın birliyimiz.

 

Bu məsələni təkcə Ermənistan erməniləri və diaspora deyil, həm də Artsax xalqı həll edəcək və Artsax xalqı türkləşmə ilə razılaşmır. Biz bu mübarizəyə 1988-ci ildə başlamışıq və onu da bitirəcəyik. Mən hər kəsi hər gün çıxış etməyə çağırıram və deyirəm ki, Artsax heç vaxt Azərbaycanın bir hissəsi olmayıb və olmayacaq”, - mitinq iştirakçılarından biri belə deyib”. -erməni nəşrinin yaydığı xəbərdə bildirilir.

 

P.S. Ümid edirik ki, Azərbaycan dövlətinin bütün bu ürəkbulandıran həngamələrə son qoyacaq son və qəti anti-terror əməliyyatı yaxındadır…

Sultan Laçın

 

Mənbə: moderator.az