"LOT Polish Airlines" aviaşirkətinin Transatlantik şəbəkəsi azərbaycanlıların istifadəsinə veriləcək

"LOT Polish Airlines" aviaşirkətinin Transatlantik şəbəkəsi azərbaycanlıların istifadəsinə veriləcək

Trend-in məlumatına görə, bu barədə aviaşirkətin idarəedici direktoru Rafal Milçarski Varşava-Bakı-Varşava beynəlxalq reysinin açılması münasibətilə keçirilən mətbuat konfransında deyib.

"“Bizim Nyu-York, Çikaqo və digər şəhərlərə transatlantik şəbəkəmiz azərbaycanlılar üçün də əlçatan olacaq”, - deyə o bildirib.

R.Milçarski qeyd edib ki, milyonlarla polşalı turistin Azərbaycana gələcəyinə şübhə etmir:

"Paytaxt Bakının gözəlliyi və Azərbaycan mətbəxinin zərif dadı heyranedicidir”.

Aviaşirkətin idarəedici direktoru, həmçinin Azərbaycanda, o cümlədən Qarabağda turizm sektorunun gələcək uğurlu inkişafına ümid etdiyini bildirib:

"Mən də Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərə qoşulmaq istərdim. Azərbaycan və Polşa xalqlarının qədimdən qarşılıqlı hörmət ənənələri var. Ümidvaram ki, ölkələrimiz arasında əlaqələr bundan sonra da çiçəklənəcəkdir".

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Vaşinqton meri 28 May – Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb

SONRAKI XƏBƏR

İranlı general yeraltındakı gizli PUA bazasına getdi