İspaniya Latviyaya raket sistemləri göndərəcək

İspaniya Latviyaya raket sistemləri göndərəcək<span class="qirmizi"></span>

İspaniya Latviyada zenit-raket kompleksləri yerləşdirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə İspaniyanın müdafiə naziri Marqarita Robles "Televisión Española"ya müsahibəsində danışıb.

Bundan əvvəl İspaniyanın “El País” qəzeti hökumətdəki mənbələrə istinadən yazıb ki, İspaniya hökuməti NATO missiyaları çərçivəsində Avropanın şərqində öz qoşunlarının sayını artıra bilər.

Rəsmi Madrid Latviyada NASAMS zenit-raket komplekslərini yerləşdirməyi planlaşdırır.

Mənbə: redaktor.az