Litvada Ukraynaya “Bayraktar" almaq üçün kampaniya - 3 günə üç milyon avro toplandı...

Litvada Rusiyanın işğal etdiyi Ukrayna bölgələrinə “Bayraktar TB2”pilotsuz uçuş aparatı göndərmək üçün ianə kampaniyasına start verilib.

Moderator.az xəbər verir ki, kampaniyanın üçüncü günündə üç milyon avro yığılıb.

Kampaniyanı Litvanın “Laisvers TV” telekanalı yayımlayıb.

Kampaniyaya 100 avro bağışlayan 32 yaşlı Aqne Belickaite bunları deyib:

"Bu müharibə başlamazdan əvvəl heç birimiz silah almağı düşünmürdük. Amma indi bu, adi bir şeyə çevrilib. Dünyanın yaxşı bir yer olması üçün bunu etməliyik”-deyə o bildirib.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Mustafa Sandal uzun illər sonra qorxusuna qalib gəldi - FOTO

SONRAKI XƏBƏR

Rusiyada 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı spirtli içkilərə endirim edildi