Azərbaycanın strateji əhəmiyyəti çox vacibdir - Burcanadze

Mənim üçün gürcü xalqı necə əzizdirsə, Azərbaycan xalqı və dövləti də bir o qədər əzizdir.

Axar.az xəbər verir ki, bu sözləri Vahid Gürcüstan Partiyasının lideri Nino Burcanadze, deyib.

O, Azərbaycanın Gürcüstan üçün vacib tərəfdaş olduğunu qeyd edib:

"Gürcüstan üçün Azərbaycanın strateji əhəmiyyəti çox vacibdir. İki ölkə arasında bir sıra siyasi və iqdisadi əlaqələr və ən əsası dostluq münasibətləri mövcuddur. Azərbaycanla bu dərin dostluq münasibətlərimiz nəinki belə davam etməli hətta daha da dərinləşdirilməlidir. Mən azərbaycanlı dostlarımızı müstəqillik günü münasibətilə səmim qəlbdən təbrik edirəm. Hər il bu günün uğur, inkişaf və rifah gətirməsini diləyirəm”.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyada vulkan püskürməsi baş verdi

SONRAKI XƏBƏR

"Yuventus" onunla müqaviləni ləğv edir