"İran Türkiyənin təhlükəsizliyi ilə bağlı narahatlığını anlayır, lakin..." - Xətibzadə

"Suriyada hərbi əməliyyat keçirmək Türkiyəyə təhlükəsizlik problemlərini həll etməyə kömək etməyəcək". Paralel.az "TASS"a istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

"İran Türkiyənin təhlükəsizliyi ilə bağlı narahatlığını anlayır, lakin yeganə çıxış yolu dialoq, qonşularla ikitərəfli razılaşmalara hörmət, həmçinin Astana prosesi çərçivəsində razılaşmalardır", -deyə Xətibzadə qeyd edib.

O bildirib ki, Suriyanın ərazi bütövlüyü, birliyi və milli suverenliyinə hörmət etmək lazımdır.

 

Paralel.az

ƏVVƏLKİ XƏBƏR

Saxlanılan yunan tankerlərindəki insanların son vəziyyəti açıqlandı

SONRAKI XƏBƏR

Arestoviç: "Mariupol uğrunda döyüşlərdə Rusiyanın 6 minə yaxın hərbçisi öldürülüb"