Meymunçiçəyi daha bir ölkəyə çatdı

İrlandiyada meymunçiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb.

“Dünən gecə Səhiyyə Nəzarət Mərkəzinə ölkənin şərqində meymunçiçəyi virusuna ilk yoluxma halı barədə ilk məlumat verilib”, - deyə mənbə yazır.

Səhiyyə Mərkəzinin açıqlamasında bildirib ki, meymunçiçəyinə yoluxan kişi xəstəxanaya yerləşdirilməyib.

Hazırda həkimlər xəstə ilə yaxın təmasda olan şəxslərlə təmasdadırlar.

Məlumat üçün qeyd edək ki, İrlandiyanın qonşusu Böyük Britaniyada təkcə ötən gün meymunçiçəyinə 100-dən çox yoluxma halı qeydə alınıb.

Mənbə: RTE

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

İranlı aktrisa Kann Film Festivalında ən yaxşı qadın rolunun qalibi oldu

SONRAKI XƏBƏR

Bu, hüquqlarımızın açıq şəkildə pozulmasıdır - Zaxarova