Bu, hüquqlarımızın açıq şəkildə pozulmasıdır - Zaxarova

Bu, hüquqlarımızın açıq şəkildə pozulmasıdır - <span class="qirmizi">Zaxarova</span>

ABŞ və müttəfiqlərinin siyasi ambisiyalarının girovu olan rusiyalı idmançıların olimpiya oyunlarından uzaqlaşdırılması cəhdi hüquqlarının açıq şəkildə pozulmasıdır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın rusiyalı idmançıların 2024-cü il Paris Yay Olimpiya Oyunlarının seçmə yarışlarında iştirakının siyasi vəziyyətdən asılı olacağı ilə bağlı açıqlamasını şərh edərkən deyib.

"Tomas Baxın açıq-aşkar qərəzli və siyasiləşdirilmiş qərarı Beynəlxalq Olimpiya Komitəsinin hüquqi sənədlərinə, Olimpiya Xartiyasına və BMT Baş Assambleyasının idmanla bağlı qətnamələrinə ziddir", - Zaxarova bildirib.

Mənbə: axar.az