Türk ordusu İraqda şəhid verdi

Türk ordusu İraqda şəhid verdi<span class="qirmizi"></span>

Türkiyə ordusunun İraqın şimalında keçirdiyi “Pəncə-Kilid” əməliyyatında bir hərbçisi həlak olub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Terrorçuların bölgəyə yerləşdirdikləri partlayıcı qurğunun işə düşməsi nəticəsində əsgər Həsən Çatal ​​şəhid olub, bir nəfər yaralanıb.

Həyatını itirən şəhidimizə Allahdan rəhmət, ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə başsağlığı və səbir diləyirik", - məlumatda bildirilir.

Mənbə: axar.az