Qəzzafinin ailəsi ilə bağlı yeni qərar verildi

Qəzzafinin ailəsi ilə bağlı yeni qərar verildi<span class="qirmizi"></span>

Liviyanın devrilmiş lideri Müəmmər Qəzzafinin həyat yoldaşı Safiyə, qızı Ayşə və oğlu Məhəmmədə 6 aylıq səyahət icazəsi verilib.

Axar.az xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının rəsmi saytı açıqlama yayıb.

Qəzzafi ailəsinin üç üzvünün səyahət icazələrinin 1 iyun - 30 noyabr tarixləri arasında etibarlı olduğu bildirilib.

Digər tərəfdən, BMT Təhlükəsizlik Şurasının Liviya Komitəsinin zərurət yaranarsa, bu şəxslərin səyahət icazəsini uzada biləcəyi bildirilib.

Mənbə: axar.az