Ukrayna DİN: “Rusyanın müasir tanklarının 30%-dən çoxu məhv edilib”

Ukrayna hərbçiləri üç ay ərzində Rusiyanın müasir tanklarının təxminən üçdə birini məhv ediblər.

“Report” “UNİAN”a istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Viktor Andrusiv deyib.

“Ukraynaya qarşı müharibədən əvvəl Rusiyanın 3 000-ə yaxın müasir tankı var idi və onların 30%-dən çoxu müharibənin üç ayı ərzində bizim müdafiəçilər tərəfindən məhv edilib. Bu rəqəm altı aydan sonra yalnız artacaq”, - deyə, Viktor Andrusiv bildirib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Atatürk Hava Limanının ərazisində nəhəng park salınacaq

SONRAKI XƏBƏR

Fulya Öztürkün də qatıldığı azərbaycanlı aparıcının toyundan GÖRÜNTÜLƏR - VİDEO