Qərb Ukraynanın qalib gəlməsini istəyirsə... - Podolyak

Qərb ölkələri Ukraynanın qalib gəlməsini istəyirlərsə, ölkəmizi effektiv uzaqmənzilli silahlarla təmin etməlidir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Əgər Qərb həqiqətən də Ukraynanın qalib gəlməsini istəyirsə, bəlkə uzaqmənzilli MLRS-ləri bizə təhvil verməyin vaxtı çatıb? 70 km məsafədən sizə hücum edəndə döyüşmək bir az çətindir, cavab verəcək heç nəyin yoxdur. Ukrayna rusları dəmir pərdə arxasına qaytara bilər, lakin bunun üçün bizə təsirli silahlar lazımdır. Burda və indi...” - Podolyak vurğulayıb.

Qeyd edək ki, ötən gün Pentaqon açıqlamasında ABŞ-ın Ukraynaya MLRS tədarükü ilə bağlı hələ yekun qərar vermədiyini bildirmişdi.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

İranda etirazçılar polisə hücum etdi - VİDEO

SONRAKI XƏBƏR

Akademik: “TEKNOFEST Azərbaycan” dünyaya iki ölkənin dostluğunu nümayiş etdirir”