Məncə, hamısı Putindən qorxur - Zelenski

Məncə, hamısı Putindən qorxur - <span class="qirmizi">Zelenski</span>

Rusiyanın güc strukturunda heç kim Prezident Vladimir Putini hakimiyyətdən uzaqlaşdırmaq fikrində deyil.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Düşünürəm ki, bütün bu komanda uzun illərdir işləyir və onlar bir-birinə bağlıdırlar. Onları çox şeylər, çox addımlar, çox cinayətlər birləşdirir: ən azı bu cinayətlər - bizə qarşı baş verənlərdir. Mən hazırda Putinin rejim dəyişikliyindən əmin deyiləm. Məncə, hamısı ondan qorxur”, - Zelenski qeyd edib.

Mənbə: axar.az