İranın Baş Qərargah rəisi ordunun məxfi yeraltı PUA bazasına baş çəkib

İranın Baş Qərargah rəisi ordunun məxfi yeraltı PUA bazasına baş çəkib<span class="qirmizi"></span>

Tasnim xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Baqeri bir gün əvvəl ordununməxfi yeraltı pilotsuz uçan aparat bazasına baş çəkib.

 

Səfər zamanı ordu komandanı general-mayor Əbdülrəhim Musəvinin müşayiəti ilə Baqeri ordunun müxtəlif təyinatlı hərbi, döyüş və uzaqmənzilli PUA-ların istehsalı sahəsində ən son imkan və potensialı ilə tanış olub.

 

“Yüzlərlə metr yerin altında inşa edilmiş bazanın istifadəyə verilməsi ilə İslam Respublikası regionun aparıcı pilotsuz təyyarələri istehsal edən gücə çevrilib”, - deyə media qurumları bildirir.

Mənbə: moderator.az